Biz lendinqlər, korporativ saytlar, online alış-veriş saytları, vizitka saytları, o cümlədən mürəkkəb veb tətbiqlərin (interaktiv daşbordlar, admin panelləri, elektron ticarət platformaları, şəxsi kabinetlər və biznes üçün digər tətbiqlər) hazırlanması xidmətlərini təklif edirik. Hazır layihələri planşetlər və smartfonlar üçün adaptasiya edirik.
Saytın işlənib hazırlanması zamanı onun hansı məqsədlər üçün yaradıldığını anlamaq vacibdir. Mövcud biznesinizin təşviq edilməsi üçün saytdan istifadə etməyi planlaşdırırsınız? Ondan satışların aləti yoxsa imic resursu kimi istifadə ediləcəkdir? Bəlkə siz yeni məhsulun işə salınmasını sınaqdan keçirmək istəyirsiniz?
Necə olursa olsun, biz sizin istəklərinizin mahiyyətinə varacağıq, hansı strateji hədəfləri qarşınıza qoyduğunuzu anlayacağıq və əlverişli həll yollarını təklif edəcəyik.
Bizim nə ilə işləməyə vərdiş etdiyimizi deyil, sizə nəyin lazım olduğunu əsas götürürək işləyirik. Bir çox veb studiyalar əksinə fəaliyyət göstərirlər. Onlar özləri üçün rahat olan həlləri təklif etməyə çalışırlar. Nəticədə, gözlədiyiniz həll yolunu ala bilməmə riski ilə qarşılaşırsınız.
Bizim studiyamızda siz istənilən növ saytların hazırlanmasını və sonradan həmin saytların dəstəklənməsi xidmətlərini sifarış edə bilərsiniz. Sizə uyğun olan alətləri və texnologiyaları seçəcəyik. Məsələn, tez olması üçün lendinqi və vizitka saytınızı Bootstrap-da işləyib hazırlayacağıq. Korporativ saytı hazır idarə etmə paneli ilə wordpress-də, belə ki, onu dəstəkləmək çox asandır. Əgər sizə 1C ilə inteqrasiya oluna bilən online satış saytına ehtiyac varsa, əsas kimi 1C–Bitriks şablonunu götürəcəyik.
Bizim bütün saytlarımız adaptasiya olunur. Bu o deməkdir ki, onlar smartfonlarda, planşetlərdə və masaüstü kompüterlərdə əla görünürlər. Google - un statistikasına görə, istifadəçilərin 65% - i smartfonlardan istifadə etməklə alış-veriş edirlər. Adaptasiya olunmuş sayt axtarış sistemlərinə üstünlük verir və xüsusi bir işarə ilə seçilirlər. Bu halda ziyarətçilər axtarışın nəticəsinə əsasən hansı səhifəyə üstünlüyün verilməsini bilirlər.
Saytın tez və ya gec acılması böyük əhəmiyyət kəsb edir. 2-3 saniyəlik ləngimə sizin konversiyanızı əhəmiyyətli dərəcədə azalda bilər və ya istifadəçiləri yükləməni gözləmədən səhifəni tərk etməyə məcbur edə bilər. Texniki mütəxəssislər olaraq, sizin gələcək saytınızın işinin bütün nüanslarına diqqət yetiririk: onu adaptiv və sürətli edirik.
Yuxarıda sadaladığımız sayt növləri - reallaşdıra biləcəyimiz şeylərin tam siyahısı deyil. Aşağıda biz yaratdığımız saytların daha bir neçə populyar növləri ilə sizləri tanış edirik.
İstənilən mürəkkəblikdə olan veb-tətbiqləri hazırlayırıq. Sizin tələblərinizə diqqətlə yanaşırıq, çevik qarşılıqlı əlaqə qururuq.
Layihələrin idarə olunması üçün - SCRUM, Agile və digər çevik metodologiyalardan istifadə edirik. Vəzifələri qısa sprintlərə bölürük, hər sprintin sonunda görülən işləri qiymətləndirə və ya düzəlişlərinizi edə bilərsiniz.
İşin ən uyğun modelinin müəyyən edilməsinə kömək edəcəyik:
A) Dəqiq texniki tapşırığı olan kiçik layihələr üçün fixed price modeli uyğun gəlir — bütün işlər, dəyəri kimi dərhal müəyyən edilir.
B) Böyük layihələr (hansılar ki, hazırlanma mərhələsində əlavələrə və ya dəyişikliklərə məruz qalır) üçün isə time and materials uyğun gəlir - siz fakta görə işin dəyərini ödəyirsiniz və proses zamanı əlavələr və ya yeniliklər edə bilərsiniz.
Siz həmişə layihənin rəhbərindən tətbiqin işlənib hazırlanmasına dair işlərin necə getdiyini öyrənə bilərsiniz. Həmçinin tətbiqi işləyib hazırlayanlarla birbaşa ünsiyyətdə ola bilərsiniz.
Veb tətbiqin hazırlanması üçün geniş yayılmış texnologiyalardan istifadə edirik, buna görə də tətbiqlərin dəstəklənməsi və inkişaf etdirilməsi asanlaşdırılır və artıq xərclər tələb etmir.
Veb - tətbiqin hazırlanması xidmətlərinə daxildir:
Siz istənilən növ veb tətbiqin hazırlanmasını sifariş edə bilərsiniz, o cümlədən:
Layihənin konkret vəzifələrinin effektiv qaydada həll edilməsi üçün texnologiyaları və alətləri seçirik.
portfolio
Biz həmişə yaradıcı ideyalarımızı ən yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Bunu portfoliomuza baxaraq görə bilərsiniz.