Frontend, backen, dizayner, test edən, product - menecer. Ayrıca bir mütəxəssisi və ya tam dəyərli bir komandanı təşkil edə bilərik.
Autsorsinq xidmətini sifariş edərkən, siz fərdi yanaşma və konkret tapşırığın yerinə yetirilməsi üçün yığılmış mütəxəssislər komandasını əldə edirsiniz:
Ehtiyac olduğu təqdirdə layihə üzərində işə backend - tərtibatçılar, UI/UX - dizaynerlər və digər mütəxəssislər də qoşula bilərlər.
Şirkətdə populyar frontend və backend fraemworklərini, verilənləri, kontentin idarə edilməsi sistemlərini (CMS), versiyalara nəzarət sistemlərini (Git) və digər alətlərdən istifadə edən təcrübəli tərtibatçılar çalışırlar.
Timlid tapşırığın texnoloji cəhətdən həyata keçirilməsinə görə məsuliyyət daşıyır. QA - üzrə mütəxəssis bütün mümkün baqların tapılmasına və aradan qaldırılmasına imkan verən ümumi qəbul edilmiş standartlar üzrə uyğun testlər aparır.
İşin yerinə yetirilməsi, mərhələlərin göstərildiyi, tapşırıqların qısaca və dürüst ifadə edildiyi və son tarixlərin müəyyən edildiyi qabaqcadan tərtib edilmiş texniki tapşırıqlara ciddi qaydada əməl edilir.
Biz, öz növbəsində bütün komandanın işinə rəhbərlik edən layihə menecerini qoşacağıq. Menecer həmişə telefon və ya messencer vasitəsilə əlaqədədir. Siz layihənin gedişatı haqda bütün zəruri məlumatları, məsləhətlər və hər bir mərhələ üzrə hesabatları alacaqsınız.
Proqramçılarlada birbaşa da ünsiyyətdə olmaq olar.
İşlənib hazırlanma "sıfırdan" aparılır, həmçinin artıq mövcud olan layihələrin təkmilləşdirilməsini, yenilənməsini və miqyaslaşdırılmasını sifariş etmək olar.
Autsorsda işlənib hazırlanmanın ödənişinə gəldikdə, işin iki modelini təklif edirik:
Texniki tapşırığın hazırlanması mərhələsində müəyyən edilən sabit qiymət. Bu variant kiçik layihələr və ya mərhələlər və məhdud büdcə üçün münasibdir.
Variant, texniki tapşırığın əvvəlcədən dəqiq tərtib edilməsinin mümkün olmadığı hallar üçündür. Dəyərin hesablanması və ödəniş növbəti mərhələnin başa çatmasından sonra və ya sərf olunan iş saatlarının sayına görə aparılır. Uzunmüddətli əməkdaşlıq, düzəlişlərin və yeniləmələrin vaxtında edilməsini tələb edən çevik və miqyaslaşdırıla bilən layihələr üçün istifadə olunur.
Veb autsorsinq xidməti istənilən mürəkkəblik səviyyəsinin həllinin "tam hazır" vəziyyətdə əldə olunmasına imkan verir. İşlənməni həm kiçik yerli və xarici, həm də kifayət qədər iri şirkətlər sifariş edir. Autsors əməkdaşların işə götürülməsindən daha cəlbedici ola bilər. Daima peşəkar planda olan məsələləri və müxtəlif fors - major məsələrini həll etməklə öz komandanızı təmin etmək - asan vəzifə deyil.
Veb autsorsinqinin üstünlükləri açıq - aydındır:
— iş ciddi qaydada TT üzrə yerinə yetirilir;
— müddətlərə riayət olunur;
— risklər olmur;
— sazlanma və keyfiyyətə tam dəyərli nəzarət təmin olunur;
— yekun qiymət bir çox hallarda mütəxəssislər komandasının müstəqil şəkildə seçilməsinə və saxlanılmasına çəkilən xərclərdən aşağı olur.
Autsorsinqdə biz müxtəlif növ xidmətlər göstəririk: səhifələmədən tutmuş test edilməyə qədər. Aşağıda onlardan bir neçəsini sadalayaq:
Layihənin konkret vəzifələrinin effektiv qaydada həll edilməsi üçün texnologiyaları və alətləri seçirik.
portfolio
Biz həmişə yaradıcı ideyalarımızı ən yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Bunu portfoliomuza baxaraq görə bilərsiniz.