Android və iOS platformaları üçün mobil tətbiqlərin hazırlanması və onların təkmilləşdirilməsi. Nativ və ya çarpaz platformalı proqramlaşdırma üsulu. MPV-ilə ən qısa müddətə tətbiqi işə salırıq.
Mobil tətbiq bir sıra vəzifələrin yerinə yetirilməsinə kömək edə bilər:
Texniki cəhətdən saytın mobil tətbiqdən fərqi ondadır ki, resursun səhifələri arasında əlaqə hiperkeçidlər vasitəsilə baş verir. Tətbiq isə sərbəst şəkildə işləyir - brauzerdən heç bir asılılığı olmur.
Vəzifələr üzrə: sayt üçün əsas - məlumatla dolu olmasıdır, mobil tətbiq üçün isə - funksional olmasıdır.
Həmçinin, mobil qurğular üçün tətbiqin yaradılmasının vacib məqamı ətraflı şəkildə tədqiq edilmiş User Experience(UX)-dir, yəni müsbət istifadəçi İnterfeysi.
— mobil tətbiq hansı məqsədə nail olacaqdır; — hədəf audoriyası kimlərdir; — istifadəçilər tətbiqdə nə etməlidirlər. Həmçinin tətbiqin necə hazırlanacağı da müəyyən edilməlidir: Bu ya çarpaz platformalı proqramlaşdırma vasitəsilə, yada ki, iOS və Android üçün ayrıca tətbiqlərin hazırlanması ilə. Birinci halda, siz daha böyük auditoriya kütləsi əldə edəcəksiniz, hazırlanma prosesi isə daha ucuz və sürətli başa gələcək. Müəyyən ƏS (əməliyyat sistemi) üçün yazılmış nativ tətbiq isə, Istifadəçilə qarşılıqlı əlaqənin əlavə imkanlarını və proqramın sabit işləməsini zəmanət altına alacaqdır. Bizim studio da siz hər iki varianta mobil tətbiqin hazırlanması xidmətini sifariş edə bilərsiniz.
Funksionallığı və mobil tətbiqin xarici görünüşünə olan tələbləri təsvir edirik. Bu mərhələ - mobil tətbiqin hazırlanmanın dəyərinin düzgün qiymətləndirilməsinə və tətbiqə lazım olan ilkin tələblərin qeyri - düzgün təfsirindən qaçmağa imkan verir.
Biz texniki tapşırığın təsdiqindən dərhal sonra tətbiq üzərində işə başlayırıq. Mobil tətbiqin strukturunu layihələndiririk, prototipləri, dizaynları işləyib hazırlayırıq. Sonra - MVP-nin (minimum həyat qabiliyyəti olan məhsul) proqramlaşdırırıq və işə salırıq.
Həftəlik sprintləri formalaşdırırıq, bu müddətdə tamamlanmış funksionalı sizə göstəririk. Bununlada siz hazırlanma prosesinə cəlb olunmuş sayılırsınız.
Proqramı əl ilə işə salmazdan əvvəl və avtomatik proqramların köməyi ilə onun işini qiymətləndiririk: xətaları aradan qaldırırıq.
Layihənizi app store və ya play marketə yükləyirik. Prodaction-da xətalar baş verərsə, xətaları aradan qaldırılır və yenidə storlara yüklənir.
Bizim mütəxəssislərimiz layihəni dəstəkləyirlər: yeni modullar işləyib hazırlayırlar və köhnələrə isə lazım olduqda düzəlişlər edirlər.
Sizinlə birlikdə işin modelini seçirik.
Bütün işlər və dəyəri dərhal müəyyən edilir. Bu model üzrə mobil tətbiqin işlənib hazırlanmasının sifariş edilməsi üçün maksimum dərəcədə dəqiq texniki tapşırıq lazımdır. Fixed Price ilə olan model, məhdud büdcələri və sabit müddətlər ilə olan kiçik layihələr üçün daha uyğundur.
Əgər dəqiq texniki tapşırığın işlənib hazırlanması qeyri - mümkün olduqda bu modeldən istifadə edilir. İşin dəyəri yerinə yetirilmiş işlərin faktına görə müəyyən müddət ərzində ödənilir. Bu model çevik tələblər və uzunmüddətli proseslər ilə yaxşı işləyir. Vacib bir şərt var: müştəri layihədə müntəzəm olaraq iştirak etmə imkanı əldə edir.
Layihənin konkret vəzifələrinin effektiv qaydada həll edilməsi üçün texnologiyaları və alətləri seçirik.
portfolio
Biz həmişə yaradıcı ideyalarımızı ən yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Bunu portfoliomuza baxaraq görə bilərsiniz.