Bir çox firmaların öz marketinq şöbəsi yoxdur, digərləri isə şirkəti marketinq xidmətlərinin bütün spektri ilə təmin etmək üçün kifayət edəcək ştata malik deyil. Belə hallarda marketinq agentliyinə müraciət etmək lazımdır. Marketinq agentliyi şirkətə necə kömək edə bilər? Marketinq agentliyi hansı xidmətləri göstərir? Biz agentliyin təklif edə biləcəyi hər şey və hansı hallarda onun köməyinə müraciət edilməli olduğu barədə ətraflı məlumat verəcəyik.
Agentliklərin göstərdiyi xidmət spektri kifayət qədər genişdir. Bura aşağıdakılar daxildir:
Bu, kifayət qədər geniş xidmət sahəsidir və bura bazarın, auditoriyanın və rəqiblərin tədqiqatı, yeni sahələrin axtarışı, habelə, biznesin özünün, yəni, onun marketinq strategiyasının, reklam kommunikasiyalarının effektivliyinin analitikası, inkişaf yollarının axtarışı və s. daxildir. Bu xidmətləri ayrıca və ya kompleks şəkildə sifariş vermək olar.
Agentlik təşviq strategiyasının hazırlanması, yəni, analitikadan tutmuş media planın tərtib edilməsinə qədər bütün mərhələlər üzrə öhdəlikləri öz üzərinə götürür. Bu xidmət kiçik biznes üçün, ştat mütəxəssisi olmadığı halda, yaxud şirkətin marketoloqunun bu cür mürəkkəb və kompleks tapşırığın yerinə yetirilməsi üçün kifayət qədər təcrübəsi və resursları olmadıqda uyğundur.
SEO təşviqinə bir sıra alətlər kompleksi daxildir. SEO-nun ən əhəmiyyətli mərhələlərindən biri sayt, onun texniki xüsusiyyətləri, dizaynı və istifadəyə yararlılığı üzərində işdir. Bütün bu işlər üçün dərin spesifik biliklər tələb olunur, buna görə bu cür xidmət iri biznes nümayəndələri arasında belə məşhurdur.
Kontekst reklam istifadəçi əsas sorğunu daxil etdikdə axtarış sistemlərinin yuxarı hissələrində göstərilən elanlardan ibarət olur. Bu, sayt vasitəsilə satış həcminin tez bir zamanda artırılması üçün effektiv alətdir. Bu alətə həm B2B, həm də B2C seqmentlərində tələbat var.
Sosial şəbəkələrdə səhifələrin idarə edilməsindən və target reklamdan ibarətdir. Səhifənin idarə edilməsi üçün auditoriyanın analizi aparılır, paylaşımların tərtibatı üzrə tövsiyələr verilir və kontent- plan tərtib edilir. Target reklam üçün tənzimləmə, effektivliyin qiymətləndirilməsi və düzəliş həyata keçirilir. Hal-hazırda sosial şəbəkə auditoriyası aktiv şəkildə artır, buna görə istənilən biznes orada öz hədəf auditoriyasını tapa bilər.
Bu, geniş auditoriyaya istiqamətləndirilən banner reklamıdır. Bir qayda olaraq, bu reklam brendin tanınma dərəcəsinin artırılmasına yönəlir.
Bu işi iki istiqamətə bölmək olar: şəbəkədə PR və SERM. SERM məqsədi istifadəçinin, axtarış sistemində şirkətin adını daxil edərkən, yalnız müsbət rəy və məqalələri görməsini təşkil etməkdən ibarətdir. Bu üsul daha çox nüfuza artıq xələl gətirildikdə istifadə olunur. Buna baxmayaraq, biz rəylərlə daima işləməyi tövsiyə edirik ki, firmanın imicinə qarşı təhlükələrin mövcudluğundan xəbərdar olasınız. PR isə məhz nüfuzun qurulmasına və qorunub saxlanılmasına yönəlib: brend obrazının və onunla davamlı müsbət fikirlərin formalaşdırılması, brendin qəbul edilən dəyərlərinin artırılması və s.
Adından hər şey bəllidir: mütəxəssislər e-mail marketinq strategiyasını hazırlayır və həyata keçirir. Burada əsas çətinlik dayanıqlı avtomatlaşdırılmış sistemin qurulmasından və satışları təmin edən kontent-planın tərtib edilməsindən ibarətdir ki, abunəçilər məktubları açsın, onları oxusun və resursumuza keçsinlər. E-mail marketinqin daha bir təhlükəsi filtrlərə məruz qalmaqdır.
Adından hər şey bəllidir: mütəxəssislər e-mail marketinq strategiyasını hazırlayır və həyata keçirir. Burada əsas çətinlik dayanıqlı avtomatlaşdırılmış sistemin qurulmasından və satışları təmin edən kontent-planın tərtib edilməsindən ibarətdir ki, abunəçilər məktubları açsın, onları oxusun və resursumuza keçsinlər. E-mail marketinqin daha bir təhlükəsi filtrlərə məruz qalmaqdır.
Bu, fərdi olaraq hər bir brend üçün hazırlanan unikal reklam kommunikasiyalarıdır. Onlar istehlakçının cəlb edilməsinə, məhsula marağın oyadılmasına və alışın həyata keçirilməsi üçün nativ təşviqə istiqamətləndirilir. Bu cür təşviq variantı daha çox orta və iri biznes nümayəndələri tərəfindən istifadə olunur. Biznes konsaltinq.
Biznesin artımı dayandığı və biznes saqnasiyaya düşdüyü zaman səbəbi "daxildən" müəyyən etmək çətin olur. Buna görə, mövcud vəziyyətin obyektiv qiymətləndirməsi, şirkətin bazardakı bütün üstünlüklərinin və çatışmazlıqlarının müəyyən edilməsi üçün, qərəzsiz şəkildə analitikanı həyata keçirəcək və biznesin inkişafı üçün yeni üsullar tapacaq kənar mütəxəssis dəvət etmək lazımdır. Bu xidmətləri ayrıca göstərmək olar, lakin kompleks yanaşma daha effektiv təşviq modelidir. Bu modeldə müxtəlif kommunikasiya kanalları bir-birini tamamlayır. Bu cür reklam kampaniyasının nəticələri həmişə yüksək olur.
Agentliklərin göstərdiyi marketinq xidmətlərinin spektri son dərəcə genişdir və biznesə keyfiyyətli təşviq üçün lazım olan hər şeyi əhatə edir. Bəs agentliyə hansı hallarda müraciət etmək lazımdır?
Bu vəziyyətlə daha çox kiçik biznes üzləşir, çünki burada əlavə xərclərə yol verilə bilməz. Bu cür olan halda, agentlik təşviqlə bağlı bütün işləri: strategiyanın tərtibatından və kanalların seçilməsindən tutmuş satışa qədər bütün işləri öz üzərinə götürə bilər. Beləliklə, bir ştat marketoloqunun qiymətinə biznes bütöv peşəkar ştatını əldə edir.
Tək əməkdaş eyni zamanda həm SEO-nu, həm brendinqi, həm də SSM-i yaxşı bilə bilməz. Məsələn, siz media reklam başlatmaq istəyirsinizsə, lakin ştatınızda bu sahə üzrə mütəxəssis yoxdursa, agentliyə müraciət etməyiniz daha yaxşı olar.
Hətta böyük şirkətlərdə belə elə hallar olur ki, işlərin həcmi kəskin şəkildə artır və marketoloqlar öz vəzifələrini yerinə yetirə bilmirlər. Bu, bir qayda olaraq, şirkətin hər hansı iri layihələri ilə əlaqədar olur. Bu cür olan halda, agentliyə müraciət etmək olar və həmin agentlik funksiyaların bir hissəsini öz üzərində götürəcək və əməkdaşların üzərinə düşən yükü azaldacaq.
Siz reklam başladırsınız, müxtəlif kanalları sınaqdan keçirirsiniz, lakin arzuolunan nəticələri əldə etmirsiniz. Bu cür olan halda, kənar mütəxəssisə müraciət etmək lazımdır. O, analitika həyata keçirəcək və biznes məqsədlərə çatmaq üçün optimal yolları tapacaq.
portfolio
Biz həmişə yaradıcı ideyalarımızı ən yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Bunu portfoliomuza baxaraq görə bilərsiniz.