Keyfiyyətli bir saytın hazırlanması hec də ucuz başa gəlmir. Saytın qiyməti bir neçə amildən asılıdır və hərəsinin öz qiyməti var. Lakin bəzi tövsiyələrə əməl etsəniz, xərcləri qismən azalda bilərsiniz:
İşə başlamazdan əvvəl imzalanan sənədlər bir qayda olaraq gələcək resursun ümumi xüsusiyyətlərini təyin edir. Bu və ya digər funksionallığın mövcudluğu bəzən göstərilmir, əgər bu funksionallıq saytın ilkin versiyasında tələb olunmazsa, o zaman saytın ilkin versiyası gözləntilərinizi tam şəkildə qarşılaya bilər. Əgər saytınızın ilkin versiyasında əlavə funksionallığın olması arzu olunarsa, bu zaman müəyyən həllərin həyata keçirilməsi üçün əlavə xərclər tələb oluna bilər. Gözlənilməz xərclərin qarşısını almaq üçün, işə başlamazdan əvvəl müqavilədə bütün lazımi funksiyaları qeyd etmək məsləhət görülür.
Dizaynın hazırlanması mərhələləri çox vaxt apararsa, o zaman dizaynın hazırlanması əlavə vasait tələb edə bilər. Lakin bu sifarişçi və icraçı arasında tapşırığın düzgün anlaşılması üçün ən keyfiyyətli üsuldu. Bu, xüsusilə orta və böyük layihələr üçün daha münasib sayılır. Dizaynın mərhələli inkişafı ilə həm gələcək saytın strukturunda dərhal dəyişikliklər etmək, həm də bütövlükdə bütün konsepsiyanı vaxtında dəyişdirmək daha asan olur. Mərhələli iş əlavə xərclər tələb etsə də, sonradan bu cür layihələrin dəstəklənməsi böyük xərc tələb etmir.
Saytın qiymətinə təsir edən əsas meyarlardan biri onun hazırlanmasına sərf olunan vaxtdır. Tərtibatçıların sərf etdiyi vaxtdan - dizaynın təsdiqlənməsi və texniki məsələlərə qədər hər şey detalına qədər nəzərə alınır. Saytın hazırlanmasına qənaət etmək olduqca çətindir, lakin təsdiqləmə mərhələsində razılığa gəlmək mümkündür. Dizayn üçün texniki tapşırığı və sizi maraqlandıran bütün məqamları dəqiqləşdirmək lazımdır ki, sonradan dəyişikliklərə və yeni əlavələrə ehtiyac qalmasın.
İlkin mərhələdə bütün detalları dəqiqləşdirmək, saytın hazırlanmasının müddətini qısaldır və bununla da qiymətə nisbətən qənaət etmiş olursunuz.
Çox vacib olmayan modulları saytın ilkin versiyasında quraşdırılmasına ehtiyac yoxdur. Eyni qaydanı yaxın gələcəkdə dərc etməyəcəyiniz başlıqlara, bölmələrə və digər səhifələrə də aid etmək olar. Modulların çoxluğu saytınızla işləməyi çətinləşdirir, doldurulmamış bölmələr və başlıqlar istifadəçilər arasında neqativ hallar yarada bilir. Bundan əlavə, hər hansı bir funksionallığın quraşdırılması vaxt tələb edir ki, bu da müvafiq olaraq saytın hazırlanması xərclərinə təsir göstərir.
Saytınızın hazırlanması xərclərini azalda biləcək bir çox ödənişsiz həllər mövcuddur. Üstəlik, bu, təkcə şəkillərə, ikonlara və digər dizayn elementlərinə deyil, ümumiyyətlə hazır modullara və sayt şablonlarına da aiddir! Təbii ki, eyni zamanda, ödənişsiz həllər saytınız unikalığının pozulmasına gətirib çıxarır və digər oxşar şablonlara uyğun olaraq hazırlanmış bir çox saytlara bənzəyə bilir. Şablon əsasında hazırlanmış saytın strukturunu dəyişdirmək mümkün deyil. Alternativ həll yolu kimi, saytınızı unikal dizaynda sifariş edərək, ödənişli həllərdən minimum istifadə edə bilərsiniz. Sonda çıxan nəticə belədir ki, ya siz layihənizin unikal olmasına büdcə ayıracaqsınız, ya da ki, büdcənizə qənaət edərək hazır şablon üzərində gedəcəksiniz. Bu və ya digər seçimi etmək sizin layihəyə ayırdığınız büdcədən asılıdır.
Webrain geniş çeşiddə rəqamsal layihələrin hazırlanması təcrübəsi olan şirkətdir! Bizim əsas üstünlüyümüz hər bir müştərinin ehtiyaclarına fərdi yanaşmaqdır! Bizimlə əlaqə saxlayın və marketoloqlar, analitiklər, auditorlar, proqramçılar, dizaynerlər, fotoqraflar, strateqlər, kopirayterlər, təsirli praktik təcrübəyə və möhkəm bilik ehtiyatına malik digər mütəxəssislərimiz saytınızın üzərində işləyəcəklər!
Biz çalışacağıq ki, saytınızın hazırlanmasının xərci sizin üçün münasib olsun!
Haqqımızda video
portfolio
Biz həmişə yaradıcı ideyalarımızı ən yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Bunu portfoliomuza baxaraq görə bilərsiniz.